Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:55
-


İyunun 25-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) respublikanın 9 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Qubada buraxılış imtahanları keçirir.

TQDK-nın mətbuat xidmətinin məlumatına görə, imtahanda ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcədə eksternat qaydasında attestasiyada iştirak etmək üçün bu il təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər iştirak edə bilərlər.

İmtahanlarda ümumilikdə 9 və 11-ci siniflər üzrə 1050 şagirdin iştirakı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG