Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 17:29

İçərişəhərdə Novruz bayramı şənlikləri keçirəcək


-
Martın 20-dən 23-ə qədər İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi Novruz bayramı şənlikləri keçirəcək.
İdarənin yaydığı məlumatda deyilir ki, bayram festivalı günlərində Qoşa Qala Qapısı Meydanında “Meydan Bazarı” təşkil olunacaq. Festivalda milli tətbiqi sənət məhsulları və suvenirlərin satış sərgisini təşkil edəcək. Milli mətbəx nümayiş olunacaq.
Konsert proqramı çərçivəsində kəndirbazlar, sehrbazlar, pəhləvanlar çıxış edəcək. Kosa və Keçəl başda olmaqla bütün bədii tarixi personajlar çıxış edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG