Avropada kəskin şaxtalar xüsusilə Rusiya, Ukrayna və Belorusda ciddi problemlər yaradıb. Ukrayna rəsmilər havanın temperaturunun -10C-dən də aşağı düşməsi ilə təkcə paytaxt Kiyevdə donvurmadan 18 nəfərin həlak olduğunu, 100-dən çox adamın xəstəxanaya düşdüyünü bildirirlər. Moskvada günlük temperatur -17C dərəcə civarında dövr edir. Rusiyanın Uzaq Şərq regionlarında hava -50C-ə qədər soyuyub.
Şaxta fotolarda
3
Ukraynanın Brodı şəhərində qar fırtınası. Xilasedicilər qar altında qalan 200 maşından adamları güclə xilas edə biliblər.
4
Ukraynanın Brodı şəhərində xilasedicilər qar altından maşını çıxarırlar.
5
Sibir, Krasnoyarsk. Havanın temperaturu -30C dərəcəyə enib.
6
Moskvada Qızıl Meydanda satıcı papalarından birini küləyin əlindən almağa çalışır.