Avropada kəskin şaxtalar xüsusilə Rusiya, Ukrayna və Belorusda ciddi problemlər yaradıb. Ukrayna rəsmilər havanın temperaturunun -10C-dən də aşağı düşməsi ilə təkcə paytaxt Kiyevdə donvurmadan 18 nəfərin həlak olduğunu, 100-dən çox adamın xəstəxanaya düşdüyünü bildirirlər. Moskvada günlük temperatur -17C dərəcə civarında dövr edir. Rusiyanın Uzaq Şərq regionlarında hava -50C-ə qədər soyuyub.
Şaxta fotolarda
7
Paytaxt Moskvada temperatur -20C dərəcəyə düşüb. Amma üstlik külək də var deyə şaxta da artıq hiss edilir.
8
Ukraynanın paytaxtı Kiyevdə temperatur -18C dərəcə olub. Avtobusun donmuş pəncərəsindən baxan qadın.
9
Moskvada metronun havalandırma bacasında isinib özlərini şaxtadan qorumağa çalışan göyərçinlər.
11
Ukraynanın paytaxtı Kiyevdə Ximera Evi adlı tarixi arxitekturalı binanın çardağını qardan təmizləyən işçilər.