Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Əsas şahid müəmmalı şəkildə öldü


Aleksandr Perepiliçni
Aleksandr Perepiliçni
-

233 milyon dollarlıq fırıldaqda əsas şahidlərdən olmuş və Rusiyadan Britaniyaya qaçmış zəngin biznesmen Aleksandr Perepilichni (Perepiliçni) müəmmalı şəkildə ölüb...

Perepilichni Rusiyada və dünyada səs-küy döğurmuş Magnistski işində əsas şahid kimi keçirdi.

Magnistski işi
2009-cu ildə Rusiyada bir vəkil öldürmüşdülər - Sergey Magnitski.

O, Rusiyanın vergi məmurlarının fırıldaq yolu ilə 233 milyon dollar pulu mənimsəməsi ilə bağlı iddianı araşdırırdı.

Magnitskidən bu işi araşdırmağı fırıldaqla üzləşdiyini iddia edən Britaniyanın investisiya fondu - Hermitage Capital Management xahiş etmişdi.

Araşdırmaya başlayan Magnitskini tezliklə polis saxlayır və polis bölməsində müəmmalı şəkildə ölür. Onun ölümü geniş beynəlxalq rezonans doğurur, iş o həddə çatır ki, ABŞ dövləti bu işə görə Rusiya məmrlarına qarşı viza sankasiyası tətbiq edir.

İndi də şahid öldü
İndi isə Britaniyada həmin işdə əsas şahidlərdən olan və Rusiyadan Britaniyaya qaçmış zəngin biznesmen Aleksandr Perepilichni müəmmalı şəkildə ölüb.

Onun meyiti İngiltərənin cənubunda, Surrey-dəki dəbdəbəli villasının qarşısında tapılıb.

İndi polis toksikoloji test aparır ki, 44 yaşlı Perepiliçni-nin öz əcəli ilə ölməsi, yaxud öldürülməsinə aydınlıq gətirsin.

4-cü müəmmalı ölüm
Britaniya parlamentinin üzvü Dominic Raab isə hökuməti çağırıb ki, məsələni diqqətlə araşdırsınlar.

Sergey Maqnitski, 2006, Moskva
Sergey Maqnitski, 2006, Moskva
Perepiliçninin yaşadığı ərazidə çoxlu sayda rus biznesmen, maliyyəçi və idmançı yaşayır.

Britaniyanın “The Independent” qəzeti aydınlaşıdırıb ki, Perepilichny İsveçrə müstəntiqlərinə kömək edirdi.

Rusiyalı məmurların fırıldaq zamanı İsveçrə bank hesablarından istifadə etdiyi güman edilir.

Şübhələr
Perepilichninin ölümü niyə şübhə doğurub?

Bəziləri şübhələnir ki, bu, xarici kəşfiyyatın Britaniya ərazisində törətdiyi qətl ola bilər.

6 il qabaq keçmiş “KQB” zabiti Aleksandr Litvinenko Britaniyada radioaktiv maddə ilə qətlə yetirilmişdi.

Onun yaxınları buna görə Rusiya lideri Putini ittiham etmişdilər.

Litvinenko Putini ağır cinayətlərdə ittiham edirdi.

Bundan başqa bu ilin əvvəlində rus bankiri German Qorbuntsov Londonda killerin gülləsinə tuş gəlmiş, amma ölümdən can qurtara bilmişdi.

Britaniya parlamentinin üzvü Dominic Raab isə deyib ki, Perepeliçninin ölümü Manitskinin işi ilə bağlı 4-cü müəmmalı ölümdür.

Ekspertiza gecikib?
Amma toksikoloji testlərin aparılmasına dərhal başlanmadığı üçün, ola bilər ki, cəsəddəki mümkün kimyəvi maddə parçalansın və biznesmenin zəhərlənib-zəhərlənmədiyini müəyyən etmək müşkül iş olsun.

Hermitage Capital Management biznesmenin ölümündən bir necə gün sonra Britaniya polisinə müraciət edərək toksikoloji sınaqların aparılmasını istəmişdi və onun Maqnitskinin işində əsas şahidlərdən biri olduğunu bildirmişdi.

Amma bir neçə gün əvvələcən belə testin aparılmasına hələ də qərar verilməmişdi.

İsveçrədə dondurulan bank hesabları
Hermitage-in rəhbəri William Browder deyib ki, Perepelichni 2010-cu ildə onlara yanaşaraq işlə bağlı bank sənədlərinə malik olduğunu demiş, bundan sonra şirkət İsveçrə polisinə müraciət edərək araşdırmalara başlanmasını istəmişdi. Perepelichninin təqdim etdiyi sənədlərin surəti əsasında araşdırma aparılmış və bu ilin mayında İsveçrə polisi bir neçə bank hesabını dondurmuşdu.

Rusiyanın hüquq-mühafizə orqanlarındakı mənbə isə adının çəkilməsini istəmədən Rusiya xəbər agentliklərinə bildirib ki, əslində Perepeliçninin “Maqnitski işi” ilə elə bir bağlılığı olmayıb.
XS
SM
MD
LG