Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 06:05

Putin qərbi müvafiq tədbirlərlə hədələyib


Sergey Maqnitskinin ölümüylə bağlı qara siyahı düzəldən ölkələr Rusiya ilə münasibətləri korlamaq istəyirlər və Moskva müvafiq tədbirlər görməli olacaq.

Bunu Rusiya prezidenti Vladimir Putin bu gün Russia Today televiziya kanalına müsahibəsində deyib.

Bu siyahıya düşən Rusiya məmurlarına qarşı viza və maliyyə sanksiyaları nəzərdə tutulur.

Söhbət onun ölümündə əli olmaqda şübhəli bilinən şəxslərdən gedir.
“Hermitage Capital” fondunun hüquqşünası Sergey Maqnitski 2009-cu ildə Moskva istintaq təcridxanasında ölüb.

Fond hesab edir ki, o böyük məbləğdə büdcə vəsitinin mənimsənilməsini açdığına görə təqib olunurdu.
XS
SM
MD
LG