İyulun 18-də Suriyanın müdafiə naziri Daoud Rajha Dəməşqin mərkəzində kamikadze hücumuna məruz qalaraq öldürülüb. Məlumatı Suriyanın dövlət mediası yayıb.
Məlumata görə, Milli Təhlükəsizlik Xidmətinin binası yaxınlığında minalanmış maşın partladılıb, nəticədə bir neçə rəsmi şəxs də xəsarət alıb. Onlardan daxili işlər nazirinin vəziyyətinin ağır olduğu bildirilir.
Bu partlayış paytaxtda hökumət qüvvələri və qiyamçılar arasında gedən savaşın dördüncü gününə təsadüf edir.
Bu günün sonuna yaxın gözlənilirdi ki, BMT-nin Təhlükəsizlik Şurasında Suriya konfliktinə dair qətnamə layihəsinə səsvermə keçiriləcək. Bu qərarın qəbul olunub-olunmayacağı hələ ki bəlli deyil. Çünki Təhlükəsizlik Şurasında səsverməyə veto hüququ olan üzv Rusiya Qərb ölkələrinin Suriyadakı rejimə sanksiyalar tətbiq etməsinə qarşı çıxır