Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Qərb Bashar al-Assad’ə 10 gün vaxt vermək istəyir


Bashar al-Assad
Bashar al-Assad
Qərb ölkələri Suriya prezidenti Bashar al-Assad’ə beynəlxalq sülh planını yerinə yetirmək üçün 10 gün vaxt vermək istəyirlər.

Bununla bağlı BMT-nin Təhlükəsizlik Şurasında yeni layihə hazırlanıb.

Layihədə nəzərdə tutulur ki, Bashar al-Assad BMT və Ərəb Liqasının xüsusi səfiri Kofi Annanın sülh planının tələblərinə 10 gün ərzində əməl etməsə, qeyri-hərbi sanksiyalarla üzləşəcək.

Layihəni Böyük Britaniya, Fransa, Almaniya və ABŞ dəstəkləyir.

Rusiya və Çin Suriyaya qarşı sanksiyaların əleyhinə olub. Rusiya bu həftə BMT-də təklif edib ki, Suriyaya göndərilən 300 hərbi müşahidəçinin mandatı daha 3 ay uzadılsın. Bu ayın 20-də onların mandatı bitir.

SURİYANIN İRAQDAKI SƏFİRİ İNQİLABÇILARA QOŞULUB

Bu ərəfədə Suriyanın İraqdakı səfiri Nawaf al-Fares prezident Bashar Asad əleyhinə olan inqilabçılara qoşulduğunu təsdiqləyib.

O, bu barədə Facebook’da yerləşdirdiyi videoda deyib. Bildirib ki, bu andan bəri o, Suriya inqilabçılarının cərgəsinə qoşulur:

«Suriyanın İraqdakı səfiri kimi istefamı elan edirəm. Onu da elan edirəm ki, Baath Partiyasının sıralarından da gedirəm və bütün partiya üzvlərini bu addımı atmağa çağırıram. Çünki rejim özünü insanlara, onların arzu və ləyaqətlərinə qarşı zülm alətinə çevirib. Elan edirəm ki, bu andan Suriyadakı xalq inqilabının tərəfdarıyam - Suriyanın dar günündə mənim yerim onlarladır».

Nawaf al-Fares yeri barədə heç bir məlumat verməyib.

Bu barədə ilk məlumat Suriya müxalif mənbələrdən yayılmışdı.

Ötən həftə Suriya ordusunun generalı Manaf Tlass da müxalifətə qoşulduğunu bəyan etmişdi.
XS
SM
MD
LG