Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 02:26

Lavrovun Suriya müxalifətilə görüşü nəticə verməyib


Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müxalifətdə olan Suriya milli şurasının üzvləri arasında aparılan danışıqlar nəticə verməyib.

Suriya milli şurasının rəhbəri Said Abdel Bassed görüşdən sonra bildirib ki,
prezident Bashar Assad istefa verməyincə müxalifət dialoqa hazır deyil.
Rusiya isə buna qarşı çıxır.

O həmçinin qeyd edib ki, Moskva münaqişənin həlliylə bağlı yeni təkliflər verib və onların növbəti görüşlərdə müzakirəsi nəzərdə tutulur.

Rusiya bu ərəfədə BMT-nin təhlükəsizlik şurasına Suriyadakı beynəlxalq müşahidəçilərin mandatının uzadılması və münaqişənin siyasi həllilə bağlı qətnamə layihəsi təqdim edib.
İyulun 20-də müşahidəçilərin mandatı sona yetir.
XS
SM
MD
LG