Keçid linkləri

2024, 25 May, şənbə, Bakı vaxtı 15:25

«Suriyada baş verənlər daxili müharibə kimi xarakterizə olunmalıdır»


Arxiv foto: Suriya
Arxiv foto: Suriya
Suriyadakı toqquşmalar paytaxt Dəməşq ətrafında şiddətlənib.

Beynəlxalq Qırmızı Xaç Komitəsi bildirir ki, baş verən silahlı qarşıdurmalar artıq daxili müharibə kimi xarakterizə olunmalıdır. İndiyə qədər təşkilat İdlib, Homs, Hama və ətraf yaşayış əraziləri «müharibə bölgələri kimi» qəbul edirdi.

Suriya müxalifəti bildirir ki, Azad Suriya Ordusuna qarşı tank və toplardan istifadə olunur.

Toqquşmalar Dəməşqin cənubundakı Tadhamon və Midan istiqaməti ilə fələstinli qaçqınların yaşadığı düşərgələrə çatmaqdadır. Ərazidə yaşayanlar atışma altında qalmamaq üçün qaçır.

Dəməşq ətrafında ilk dəfə bu qədər ciddi toqquşmalar olduğu bildirilir. Ancaq məlumatları müstəqil mənbələrdən təsdiqləmək mümkün deyil.

BMT ötən həftə hökumətin Tremse kəndində ağır silahlardan istifadə edildiyini bildirmişdi.
Dəməşq BMT və Ərəb Birliyi ölkələrinin xüsusi nümayəndəsi Kofi Annanı tələsik şərh verməkdə günahlandırıb. Hökumətin açıqlamasında isə bunun qətliam deyil, silahlı toqquşma olduğu, 37 nəfərin öldürüldüyü, onlardan yalnız ikisinin mülki şəxs olduğu bildirilir.

Müxaliflər bildirir ki, ordu Tremse kəndində qətliam törədib, kənddə 200-dən çox mülki şəxs öldürülüb. Suriya Xarici İşlər Nazirliyinin sözçüsü Jihat Makdissi deyib ki, Tremse kəndində ordu deyil, müxalifətçilər ağır silahlardan istifadə edib.

Suriyada keçən ilin martından başlayan toqquşmalarda indiyə qədər 16 min adamın öldürüldüyü bildirilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG