Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:31

Müxalifət öz hücumuna "Dəməşq vulkanı" adını qoyub


Suriya:Azad Suriya Ordusunun əsgərləri
Suriya:Azad Suriya Ordusunun əsgərləri
Döyüşlər Dəməşqin mərkəzində gedir.
Paytaxtın mərkəzində yerləşən Mərkəzi Bankın ətrafında atışmalar davam edir.

Şahidlərin sözlərinə görə, hökumət qoşunlarının helikopterləri şəhərin bir neçə rayonuna zərbələr endirib.
Həmin ərazilərdə özünü Azad Suriya Ordusunun əsgərləri adlandıran müxalifətçilər cəmləşib.

Azad Suriya ordusu rejimə qarşı indiki irimiqyaslı hücuma
“Dəməşq vulkanı və Suriya zəlzələsi” adını qoyub.

Dəməşqin mərkəzinə hökumət qoşunları daşınır
Dəməşqin mərkəzinə hökumət qoşunları daşınır

Azad Suriya Ordusu elan edib ki, indiki rejimə kömək göstərən bütün xarici zabitlər qanuni hədəfdir.

Müxalifət bildirir ki, bunlar Livandan Hezbollah yaraqlıları, İranın İnqilabi Qvardiyasının üzvləri, İraqdan olan yaraqlılar və bəzi fələstinlilərdir.

Cenevrədə BMT-nin Humanitar İşlərin Koordinasiyası ofisinin baş direktoru John Ging deyib:
“Biz Suriya hökuməti tərəfindən nəhəng maneələrlə üzləşirik. Biz inanılmaz təhlükəli fəaliyyət mühitində işləyirik.”

BMT-nin qaçqınlar üzrə komissarı Adrian Edwards isə deyib ki, “BMT-nin İraqda, İordaniyada, Livanda və Türkiyədə qeydə aldığı və ya kömək etdiyi Suriya qaçqınlarının sayı 112 minə çatıb.”

Türkiyəyə keçən Suriya generallarının sayı 18-dir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG