Keçid linkləri

2017, 26 İyul, çərşənbə, Bakı vaxtı 02:57

Çevik Polis Alayına yeni komandir təyin edilib


Çevik Polis Alayı
Daxili İşlər Nazirliyinin Çevik Polis Alayına yeni komandir təyin edilib.

Bu barədə «APA»ya Çevik Polis Alayından bildirilib.

Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmri ilə Daxili Qoşunların Qubada yerləşən «N» saylı hərbi hissəsinin komandiri Zaur Abdullayev Çevik Polis Alayına komandir vəzifəsinə təyin edilib.

Ötən həftə Ramil Usubovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev tutduğu vəzifədən azad edilib. Nazirin digər əmri ilə isə o, Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

DİN-in Çevik Polis Alayının komandiri Səhləb Bağırov isə tutduğu vəzifədən azad edilərək, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG