Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 18:02

Azərbaycanın Xarici İşlər naziri İrana gedəcək


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bu günlərdə İranda səfərdə olacaq.

Bu barədə XİN-nin mətbuat xidmətindən bildiriblər.

Nazirin martın 7-8-də İrana səfəri gözlənilir.

Səfərdə məqsəd İran-Azərbaycan hökumətlərarası komissiyasının 8-ci iclasında iştirak etməkdir.
Hökumətlərarası komissiyanın həmsədrləri Azərbaycan və İranın xarici işlər naziri Elmar Məmmədyarov və Əli Əkbər Salehidir.

E. Məmmədyarovun səfər zamanı bir sıra rəsmi şəxslərlə görüşəcək, Azərbaycanla İran arasında ikitərəfli münasibətlər müzakirə olunacaq.
XS
SM
MD
LG