Keçid linkləri

2017, 27 Fevral, Bazar ertəsi, Bakı vaxtı 10:50

Gəncədəki «N» saylı hərbi hissədə əsgər intihar etmək istəyib


Əsgər xidmət etdiyi hərbi hissənin binasının üçüncü mərtəbəsindən özünü atıb.
Gəncə şəhər hərbi prokuroru Namiq Muradov deyir ki, 2011-ci ilin yanvarında Ağsu rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər İlqar Səlimzadə xidmət etdiyi hərbi hissənin binasının üçüncü mərtəbəsindən pəncərəni sındıraraq özünü atıb. Nəticədə əsgər ağır yaralanaraq hospitala yerləşdirilib.

Hospitaldan verilən məlumata görə, hal hazırda onun vəziyyəti kafi olaraq qalır. Hadisənin nə səbəbdən baş verməsi araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG