Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 04:17

Səudiyə 149 Əl-Kaidə yaraqlısı həbs edilib


Səudiyyə Ərəbistanı son səkkiz ayda Əl-Kaidə şəbəkəsinin 149 yaraqlısını həbs etdiyini bildirir. Daxili İşlər Nazirliyi tutulanlardan 124-nün Səudiyyə vətəndaşı olduğunu bildirir.

Təkcə bu ilin mart ayında Səudiyyə ölkənin neft təsərrüfatına hücum planlaşdıran 100 nəfəri həbs etməsi barədə məlumat verib.

Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft ixracatçısı hesab edilir.
XS
SM
MD
LG