Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 18:22

Eynulla Fətullayev aclıq aksiyasını dayandırıb


Eynulla Fətullayev
Eynulla Fətullayev
“Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayev aclıq aksiyasını dayandırıb.

Fətullayev ona dəstək verən jurnalist həmkarlarına da aclığı dayandırmağa çağıran məktub yollayıb.

Nəticədə Müsavat Partiyasının qərargahında aksiya keçirən bir qrup jurnalist də oktyabrın 29-dan aclıq aksiyasını dayandırıblar.

Məktubu jurnalist Şahvələd Çobanoğlu oxuyub.

Müsavat başqanı İsa Qəmbər jurnalistlərə müraciətində deyib ki, onların tələbləri qismən yerinə yetirilib, gələn ay Ali Məhkəmənin Plenumu E.Fətullayevin buraxılmasına dair Avropa Məhkəməsinin qərarına baxacaq.

Eynulla Fətullayev bu il oktyabrın 19-dan saxlandığı Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başlamışdı.

Aksiyanın tələbi Avropa İnsan Hüquqları Məhkəməsinin onun barəsində aprelin 22-də çıxardığı və oktyabrın 4-də qüvvədə saxladığı qərarın icra olunmasıdır. Həmin qərara görə, Eynulla Fətullayev dərhal azadlığa buraxılmalı və Azərbaycan hökuməti ona 27 822 avro təzminat ödəməlidir.

Bir qrup jurnalist də Fətullayevə dəstək olaraq Müsavat Partiyasının qərargahında aclıq aksiyasına başlamışdılar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG