Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 14:39

“Eynulla Fətullayev aclıq aksiyasını dayandırmaq niyyətində deyil”


“Eynulla Fətullayev aclıq aksiyasını dayandırmaq niyyətində deyil. O, nəticə gözləyir”.

Bunu AzadlıqRadiosuna həbsdəki jurnalistin atası Emin Fətullayev deyib. O, oktyabrın 26-da Bakı İstintaq Təcridxanasında saxlanan oğluna baş çəkib.

Emin Fətullayevin bildirib ki, oğlunun səhhətində hələ ki, problem yoxdur və həkimlər arabir təzyiqini ölçərək onu nəzarətdə saxlayıblar:

“Eynulla ona dəstək olan jurnalistlərə təşəkkürünü bildirir, ancaq aclığı hələ ki, dayandırmaq istəmir”.

“Realnı Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev oktyabrın 19-dan saxlandığı Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başlayıb. O, Avropa İnsan Haqları Məhkəməsinin onun həbsdən dərhal azadlığa buraxılması barədə qərarının yerinə yetirilməsini tələb edir.
XS
SM
MD
LG