Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:11

Eynulla Fətullayev aclıq aksiyasını davam etdirir


Məhbus jurnalist Eynulla Fətullayev aclıq aksiyasını davam etdirir. Oktyabrın 28-də Bakı İstintaq Təcridxanasında jurnalistlə görüşən vəkili Elçin Sadıqov «Media forum» saytına bildirib ki, jurnalistin səhhətində ciddi problem yoxdur. Elçin Sadıqov bu gün yenidən Eynulla Fətullayevlə görüşəcəyini deyib.

Jurnalistə dəstək olaraq Müsavat Partiyasının qərargahında aclıq aksiyası keçirən Qarabağ müharibəsi əlili Famil Rzayev, jurnalistlər Qabil Zimistanoğlu və Natiq Cavadlı isə aksiyanı dayandırıblar. Onları «Yeni Müsavat» qəzetinin müxbiri Elşən Balaxanlı və RATİ-nin fotoreportyoru Mehman Hüseynov əvəzləyib.

Eynulla Fətullayev oktyabrın 19-da saxlandığı Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başlayıb. Aksiyanın tələbi Avropa İnsan Hüquqları Məhkəməsinin onun barəsində aprelin 22-də çıxardığı və oktyabrın 4-də qüvvədə saxladığı qərarın icra olunmasıdır. Həmin qərara görə, Eynulla Fətullayev azadlığa buraxılmalı və ona 27 822 avro təzminat ödənməlidir.
XS
SM
MD
LG