Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:49

Ali Məhkəmənin Plenumu çağırılır


Məhbus jurnalist Eynulla Fətullayevlə bağlı Avropa Məhkəməsinin qərarına Ali Məhkəmənin Plenumu gələn ay baxa bilər.

Bu barədə AzadlıqRadiosuna Ali Məhkəmənin mətbuat katibi Allahverdi Məmmədli məlumat verib. O bildirib ki, noyabrda Plenumun çağırılması gözlənir.

Amma Plenumun dəqiq tarixi bilinmir.

Allahverdi Məmmədli deyir ki, bu Plenumda prezidentin təyin etdiyi hakimlər də and içəcək və güman ki, Eynulla Fətullayevin də işinə baxılacaq.

Oktyabrın 19-dan jurnalist Eynulla Fətullayev Avropa İnsan Hüquqları Məhkəməsinin aprelin 22-də çıxardığı qərarın icra olunması tələbi ilə Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başlayıb. Həmin qərar Eynulla Fətullayevin azadlığa buraxılmasını və ona 28 min avroya yaxın təzminat ödənməsini nəzərdə tutur.

Oktyabrın 20-dən isə jurnalistlər Eynulla Fətullayevə dəstək olmaq üçün aclıq aksiyasına başlayıblar.

Jurnalist Eynulla Fətullayev 2007-ci ildə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq təşkilatlar bu hadisəni pisləyib və dəfələrlə Azərbaycan rəhbərliyini jurnalisti azad etməyə çağırıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG