Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 00:36

Sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanıb


Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Goranboy rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, Fond Goranboy rayonu üzrə sahibkarlıq subyektlərindən intensiv bağçılığın inkişafı, faraş tərəvəz məhsullarının istixana şəraitində yetişdirilməsi, meyvə və tərəvəz məhsullarının saxlanılması üçün soyuducu anbar komplekslərinin yaradılması, müasir tələblərə cavab verən ətlik istiqamətli quşçuluq təsərrüfatlarının yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.

Sahibkarlıq subyektləri artıq müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
XS
SM
MD
LG