Keçid linkləri

2026, 17 Mart, çərşənbə axşamı, Bakı vaxtı 00:37

Fransızlar 200-dən çox şəhərdə etiraz aksiyalarına çıxıb

Fransanın 200-dən çox şəhərində etiraz aksiyaları davam edir. Fransızlar pensiya yaşının artırılması planlarına etiraz edirlər.

Nümayişlər səbəbindən təyyarə və qatarların hərəkətində, məktəb və idarələrin fəaliyyətində fasilələr yaranıb.

Oktyabrın 18-də təxminən 1500 yanacaqdoldurma məntəqəsi Fransanın neft emalı zavodlarında tətilə görə benzinsiz qalıb.

Fransa prezidenti Nikola Sarkozi dünən büdcə defisiti ilə əlaqədar pensiya yaşını 60-dan 62-yə artırmağı planlaşdırdıqlarını deyib.

Gözlənilir ki, parlament bu həftə pensiya islahatlarını səsə qoyacaq.
XS
SM
MD
LG