Gürcüstan mediasının xəbərinə görə Rusiyadan Gürcüstan ərazisi ilə Ermənistana qaz nəql edən kəmərin mümkün alıcıları “Qazprom”, “Kazmunayqaz” və SOCAR-dır. (ARDNŞ). Ermənistanda deyirlər ki, Azərbaycan şirkətinin bu kəməri alması Ermənistanın nəfəsini kəsmək deməkdir.
KƏMƏRİN ANCAQ 10-15 %-NİN SATILACAĞINI
Gürcüstan öz ərazisi ilə Rusiyadan Ermənistana qaz nəql edən magistral qaz kəmərlərini tamamilə satmaq niyyətində deyil. Bunu iyulun 11-də Gürcüstanın İqtisadi İnkişaf naziri Vera Kobaliya yerli telekanllara müsahibəsində deyib.
Nazir bildirib ki, Gürcüstan hökuməti qarşıdakı 2-3 il ərzində kəmərin yalnız 10-15 faizini satmağı planlaşdırır. Amma bütün hallarda kəmərin nəzarət paketi Tbilisinin əlində qalacaq.
Gürcüstan mediası mümkün alıcılar siyahısında isə Rusiyanın “Qazprom”, Qazaxıstanın “Kazmunayqaz” və Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR-ın adını çəkirlər. Amma o da qeyd edilir ki, Tbilisi Rusiya şirkətinin bu kəmərdə pay almasına imkan verməyəcək.
AZƏRBAYCAN ERMƏNİSTANIN NƏFƏSİNİ KƏSİR?
Azərbaycanın bu kəmərdə pay alması barədə məlumatlar Ermənistanda narahatlıqla izlənir. İyulun 12-də mətbuat konfransı keçirən “Mitk” analitik mərkəzinin eksperti Vahe Sarkisyan bildirib ki, Yerevan bu kəmərin Azərbaycan, ya da Türkiyə şirkətinin əlinə düşməməsi üçün Gürcüstana bütün mümkün vasitələrlə təzyiq etməlidir. Onun fikrincə, Azərbaycanın bu kəmərə əl qoyması istənilən vaxt Bakının Ermənistanı boğması demək olardı.
Sarkisyan jurnalistlərə deyib ki, bu kəməri hər hansı siyasi marağı olmayan bir tərəfin alması üçün Yerevan bütün beynəlxalq təşkilatların imkanlarından istifadə etməlidir.
Vahe Sarkisyan iddia edib ki, Gürcüstanın İqtisadi İnkişaf naziri kəmərin nəzarət paketinin Tbilisinin əlində qalacağı barədə dedikləri yalandır. Onun iddiasına görə 2005-ci ildə Gürcüstan ABŞ-ın maliyyə qurumlarından kəmərin təmirinə yardımlar alıb. Həmin pullarla kəmərdə 22 yerdə təmir işləri də aparıb.
O zaman da Tbilisi 2011-ci ilə qədər kəmərin özəlləşdiriləcəyi, nəzarət paketinin satılacağı barədə öhdəlik götürüb. Sarkisyan deyib ki, əgər Tbilisi kəməri satmaq niyyətində deyilsə, onu özəlləşdiriləcək obyektlərin siyahısından çıxarmalıdır.
ARDNŞ HƏLƏLİK RƏSMİ MƏLUMAT VERMİR
Ermənistana qaz nəql edən Gürcüstan kəmərinin mümkün alıcısı kimi adı hallanan Azərbaycanıən Dövlət Neft Şirkətində isə bu barədə rəsmi məlumat olmadığını söylədilər.
Dövlət Neft Şirkəti hazırda paytaxt Tbilisidən başqa Gürcüstan ərazisinin 70 faizində qazpaylama şəbəkəsinə nəzarət edir. Şirkət Gürcüstanda yanacaqdoldurma məntəqləri şəbəkəsini də genişləndirir.
İndi Gürcüstanda 30-a yaxın SOCAR yanacadoldurma məntəqəsi var.