Əzizovun atası vaxtilə Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyev və həyat yoldaşı Zamirə Hacıyevanın təhlükəsizlik xidmətinin rəhbəri işlədiyini deyib
Yaponiyanın "Nikkei" nəşrinə müsahibəsində H.Hacıyev deyib ki, Bakının belə bir qüvvədə iştirakı çətin olacaq və buna mandatın miqyası ilə bağlı məsələləri əsas gətirib.
Ermənistan Qarabağdan köçən 100 mindən çox qaçqını inteqrasiya etməyə çalışır. Bu yöndə ortalığa çıxan əngəllər Bakı ilə davamlı sülh naminə cəmiyyəti birləşdirmək səylərinə zərbə vura bilər.
Avropa İttifaqının (Aİ) Rusiyanın aktivlərini dondurmasının ardından Moskvanın Qərb şirkətlərini qarşılıqlı addımlarla təhdid etməsi Avropanın bəzi paytaxtlarında təlaş yaradıb.
Pakistan ordusunun son onilliklərdə ən güclü rəhbəri yenicə əlində cəmlədiyi səlahiyyətləri fonunda ən sərt sınaqla üzləşib.
Şirkət 3 milyon 29 min dollarlıq borcun ödənişindən ötrü dəfələrlə Azərbaycanın Qırğızıstandakı səfirliyinə üz tutsa da, faydası olmayıb.
Qəzzada sülhyaratma missiyasına qoşulmaq istəyən ölkələr narahatdır ki, əsgərləri atışma ortasında qalar.
Rəsmi sənədlərə görə, restoran 2022-ci il aprelin 15-də Xaqan Quliyevə 450 min manata satılıb.
Suriyanın ötən ilin dekabrında devrilmiş diktatoru Bəşər əl-Əsədin adamları bu ölkədə on minlərlə potensial döyüşçülərə milyonlarla dollar ötürürlər. Məqsəd yeni hökumətə qarşı üsyan qızışdırmaqdır. Bunu "Reuters" agentliyinin araşdırması üzə çıxarıb.
İtaliyada onlarla yazıçı tələb edir ki, 20-ci əsr faşizminin tərənnüm olunduğu kitablar buraxan nəşriyyat Romada nüfuzlu kitab yarmarkasına buraxılmasın.
Ukraynada Rusiya bombardmanından tələm-tələsik evakuasiya olunan kimsəsiz uşaqlar Türkiyənin kurort şəhərində nəzarətsiz qalıblarmış. Jurnalistlərin korrupsiya araşdırmaları layihəsi olan OCCRP dekabrın 3-də belə bir araşdırma yayıb.
Çində daha çox elektrik avtomobillər (EV) satıldığından ölkənin avtomobil istehsalçıları benzinlə işləyən maşınları ixrac edirlər.
Davamı