- MÜTLƏQ hiperlinklə istinad verilməlidir.- İcazə olmadan fotolarımızı təkrar dərc etməyin.İstifadə şərtləri haqda ətraflı burada
Son günlər məhkəmələrdə işgəncələrlə bağlı şikayətlər yenidən eşidilir.
Həbsdə olan keçmiş səfir və baş prokuror Eldar Həsənovun vəkili onun həyatının təhlükə altında olduğunu deyir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ağır işgəncələrə məruz qaldığını deyir.
Martın 10-da ölkənin müxtəlif bölgələrindən gələn bir qrup əlil və əlil valideyni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşdılar.
2021-ci ildə "Təhsil-tələbə krediti" sisteminin yaradılması nəzərdə tutulub. Bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında bildirilib.
2020-ci ilin iyulunda Bakıda keçirilmiş orduya dəstək yürüşündən sonra həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalları saxlanılarkən işgəncəyə məruz qaldıqlarını deyirlər.
Gözdən əlillər üçün inşa edilmiş, açılışına prezidentin də qatıldığı bina ilə bağlı korrupsiya araşdırmaları davam edir.
Çoxmərtəbəli binaların inşası ilə məşğul olan işadamı, "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundov deyir ki, dövlətə kömək etmək istədiyi halda, özü aldadılıb.
Bir qrup fəal xanımın martın 8-də Bakının mərkəzində planlaşdırılan aksiyasının keçirilməsinə imkan verilmədi.
Naxçıvan Muxtar Respublikasının (MR) keçmiş daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov həbs edilib.
Azərbaycan İslam Partiyasının sədr əvəzi, həbsdə olan ilahiyyatçı İlham Əliyevin məhkəməsi gedir.
Bu gün, martın 8-də bir qrup qadının Bakıda etiraz aksiyası keçirəcəyi gözlənirdi. Amma...
Hər il Beynəlxalq Qadınlar Günü kimi qeyd olunan 8 Mart Beynəlxalq İşçi Qadınlar Günü kimi də tanınır. 163 il əvvəl kişilərlə müqayisədə daha aşağı əməkhaqqına, uzun iş saatlarına, seçib-seçilmək hüququnun məhdudlaşmasına qarşı başlanan mübarizə bəzi ölkələrdə hələ də müxtəlif formalarda davam edir.
Martın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı keçirilib.
Prezident Administrasiyasının qarşısında İlham Əliyevə istefa tələbi ilə etiraz aksiyası keçirməyə gedərkən saxlanılan ictimai fəal Nicad İbrahim 1 il 3 ay azadlıqdan məhrum edilib.
Vəkil Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarılıb. Bununla bağlı bu gün, martın 5-də Bakı İnzibatı Məhkəməsində qərar qəbul olunub.
2020-ci ilin iyulunda orduya dəstək yürüşündə yaşananlara görə məsuliyyətə cəlb olunmuş qeyri-siyasi təqsirləndirilənlər deyir ki, onlardan AXCP rəhbərliyinə daxil olan şəxslərin əleyhinə ifadə almaq istəyirdilər.
Laçın rayon İcra Hakimiyyətinin baş məsləhətçisi olmuş Amil Əhmədov Suriyada vuruşmaqda suçlanaraq hakim qarşısına çıxarılıb.
Amerika Birləşmiş Ştatlarında (ABŞ) yerləşən insan hüquqları təşkilatı "Freedom House" martın 3-də açıqladığı hesabatda Azərbaycanı "qeyri-azad" ölkələrin sırasına daxil edib.
NİDA Vətəndaş Hərəkatının həbsdə olan fəalı Elmir Abbasov deyir ki, cibindən çıxdığı iddia olunan narkotiki ora polislərin özləri atmışdı.
Davamı