Ermənistan müxalifəti etirazlara başlayacağını deyir

Ermənistan prezidenti Serzh Sarkisian

"Qaşıdakı 5 ildə ölkədə ümumdövlət milli seçkilərinin olmaması hakimiyyəti dəyişmək üçün bizi növbədənkənar "məxməri inqibal"a hazırlaşmağa məcbur edir".

Ermənistanın müxalif "İrs" partiyasının iyunun 25-də qəbul etdiyi bəyanətında belə deyilir.

Buna da bax: Ermənistanda hakim partiyanın seçki siyahısına Sarkisian başçılıq edəcək​

Partiyanın lideri Raffi Ovannisyan izah edir ki, küçə nümayişləri, etirazlar prezident Serzh Sarkisianın 2018-ci ildə də hakimiyyətdə qalmaqla bağlı qərar qəbul etməyinə təsir edə bilər, o prezident sarayından, məsələn hökumət evinə keçə bilər.

"Mən şübhə etmirəm ki, Serzh Sarkisian saxta referendum, ardınca saxta seçkilərlə özünün "kral" hakimiyyətini uzatmaq istəyir" - Raffi Ovannisyan AzadlıqRadiosunun erməni xidməti ilə söhbətində deyir.

"Beləliklə, biz hazırlaşmalıyıq, elə bir düstur tapmalıyıq ki, yekunda istədiyimiz respublikanı qura bilək. O respublika yox ki, orada yalnız bir partiya və ya Serzh Sarkisian olsun" deyə, R.Ovannisyan vurğulayır.

"İrs" yay aylarında ölkədəki digər partiyalarla da müxalif güclərin birləşməsi ilə bağlı danışıqlar aparacağını bildirib. Pariyatının bəyənatında deyilir ki, bütün güclər bir partiyaya, bir siyasi hökumətə qarşı birləşməlidir. Raffi Ovannisyan deyir ki, "İsr" bütün müxalif qüvvələrlə birləşməyə açıqdır.

İyunun 25-də "İrs" partiyasının qurultayında Raffi Ovannisyan pariyanın sədri seçilib.

Buna da bax: Ermənistda referendum keçirilir

Ermənistanda referendum dekabr 2016

Dekabrın 6-da Ermənistanda konstitusiyaya dəyişikliklə bağlı referendum keçirib. Bundan başqa prezident seçkisinin qaydası da dəyişdirilib. Belə ki, ölkə prezidentini əvvəlki kimi xalq yox, parlament seçir.
Həm də prezident əvvəlki kimi 5 il yox, 7 il müddətinə seçilir və onun namizədliyi ikinci dəfə irəli sürülə bilməz.

Konstitusiyaya edilən əsas dəyişiklik ölkədə parlament idarəetmə sisteminə keçidlə bağlıdır. Bunun ardınca - 2017-ci ilin aprelində Ermənistanda parlament seçkiləri olub. Serzh Sarkisian-nın prezidentlik müddəti 2018-ci ildə başa çatır.