Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 08:48

Ermənistanda hakim partiyanın seçki siyahısına Sarkisian başçılıq edəcək


Serzh Sarkisian

Ermənistanda hakim “Respublika partiyası” nını seçki siyahısına prezident Serzh Sarkisian başçılıq edəcək.

Bunu dekabrın 9-da milli məclisdə keçirilən brifinqdə partiyanın parlamentdəki fraksiyasının rəhbəri Bagram Bagdasaryan deyib.

O, partiya liderinin qarşıdan gələn seçki siyahısına başçılıq etməməsinə eç bir əsas olmadığını deyib.

Sarkisian hakim partiyanın noyabrın 26-da keçirilən qurultayında yektilliklə sədr seçilib.

Başqa bir məlumata görə isə, müxalifət partiyalarının siyahısına isə Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyan başçılıq edə bilər.

Levon Ter-Petrosian
Levon Ter-Petrosian

Bu barədə Petrosyanın liderlik etdiyi “Ermənistan milli konqresi” partiyasının parlamentdəki fraksiyasının rəhbəri Levon Zurabyan məlumat verib.

Qeyd edək ki, 2017-ci ilin aprelində Ermənistanda növbəti parlament seçkisi keçiriləcək.

Xatırladaq ki, ötən ilin sonlarında Ermənistanda referendum yolu ilə ölkə konstitusiyasına düzəliş edilib.

Yeni düzəlişlərdə ölkədə prezident idarəetmə sistemindən parlament sisteminə keçilməsi nəzərdə tutulur.

Bundan başqa prezident seçkisinin qaydası da dəyişdirilib. Belə ki, ölkə prezidentini əvvəlki kimi xalq yox, parlament seçir.

Həm də prezident əvvəlki kimi 5 il yox, 7 il müddətinə seçilir və onun namizədliyi ikinci dəfə irəli sürülə bilməz.

XS
SM
MD
LG