Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:53

Ermənistanda referendum keçirilir


Arxiv fotosu
Arxiv fotosu

-

Dekabrın 6-da Ermənistanda konstitusiyaya dəyişikliklə bağlı referendum keçirilir. Təklif olunan əsas dəyişiklik ölkədə parlament idarəetmə sisteminə keçidlə bağlıdır. Təşəbbüskar hakim partiyadır.

Konstitusiyaya dəyişikliyin əleyhinə səs verdiyini deyən müxalifəti təmsil edən “İrs” partiyasının sədri Raffi Ovannisyan bildirib ki, səsvermə xeyli pozuntularla müşayiət olunur. O, tərəfdarlarını səsvermədən sonra Yerevanın mərkəzindəki Azadlıq meydanına toplaşmağa çağırıb.

Referenduma qarşı çıxan müxalifət dekabrın 1-dən Yerevanda növbəli mitinq və yürüşlər keçirirlər.

Polis və Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermə qanun çərçivəsində keçirilir. Bu gün həm də ölkənin 6 rayonunda yerli idarəetmə oqranlarına da seçki keçirilir.

Səsverməni 3 mindən çox yerli, 116 beynəlxalq müşahidəçi izləyir. Ölkədə səsvermə hüququ olan 2,5 milyondan çox vətəndaş var.

XS
SM
MD
LG