Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)Ümumi yığıncağında Ramiz Mehdiyevin istefası ilə bağlı müraciətinə baxılıb.
Bu barədə AMEA mətbuar xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, müraciətin səsverməyə çıxarılmasından əvvəl Ramiz Mehdiyev çıxış edib.
O, Rəyasət Heyətinin fevral ayının 14-də baş tutan iclasında yaşı ilə əlaqədar vəzifəsini tərk etdiyini və bu məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edəcəyini bildirib:
O çıxışında Akademiya prezidenti olduğu müddətdə ona göstərdiyi yüksəsk etimada görə Prezident İlham Əliyevə minnətdarlıq edib.
"...Bir məsələni xüsusi demək istərdim. Belə mürəkkəb regionda dövlətə başçılıq etmək böyük əzm, istedad, güclü iradə, yüksək siyasi bacarıq tələb edir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun bütün bu ali keyfiyyətləri özündə birləşdirən lideri var. Dərin minnətdarlıq hissi ilə deməyi özümə borc bilirəm ki, həm Ulu Öndər Heydər Əliyev, həm də hörmətli Prezidentimiz İlham Əliyev mənim əməyimə yüksək qiymət veriblər. Mən bundan sonrakı həyatımı, bilik və təcrübəmi də Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin daha da inkişaf edib möhkəmləndirilməsinə, habelə elmi fəaliyyətə həsr edəcəyəm”-Ramiz Mehdiyev bildirib.
Buna da bax:
Ramiz Mehdiyev yaşı ilə əlaqədar istefa verəcəyini bildiribO, Akademiyanın qüdrətinin artırılmasında dövlətin daha fəal və yaxından iştirak edəcəyinə ümidvar olduğunu bildirib:
“Ulu Öndər Heydər Əliyevin vaxtında bəyan etdiyi kimi, Akademiyanı qoruyub saxlamaq və daha da inkişaf etdirmək lazımdır”.
Daha sonra keçirilən açıq səsvermədə Ramiz Mehdiyevin Akademiya prezidenti vəzifəsindən azad edilməsi ilə bağlı müraciəti qəbul olunub.
Akademiya prezidentinin funksiyalarının icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.
Buna da bax:
Ramiz Mehdiyev rejimə ‘son xidmətini’ göstərir?Xatırlatma
Akademik Ramiz Mehdiyev 1995-ci ildən 2019-cu ilin oktyabrına qədər Prezident Administrasiyasına rəhbərlik edib. Daha sonra AMEA prezidenti seçilib.
Həmin dövrdən də hakimiyyətə yaxın bəzi kütləvi informasiya vasitələrində ona qarşı tənqidlər başlayıb. O, belə tənqidlərdə Azərbaycanda rus dilinin inkişafında xidmətləri olan şəxs kimi təqdim edilib. Bu yaxınlarda isə bir sıra şəxslər onu AMEA-da islahatlara maneə kimi göstərir və istefasını tələb edirlər.
Buna da bax:
Ramiz Mehdiyev: 'Özümü yaxşı hiss edirəm, işimin başındayam'İstefasından təxminən bir həftə əvvəl Ramiz Mehdiyev işinin başında olduğunu, "bundan sonra da AMEA qarşısında dövlətin qoyduğu vəzifələrin keyfiyyətli icrası üçün əlimdən gələni edəcəyəm" demişdi. İstefaya göndərilmək səlahiyətinin də ancaq ölkə prezidenti İlham Əliyevə məxsus olduğunu demişdi:
"Məni istefaya göndərmək səlahiyyəti də ona məxsusdur. AMEA-dakı bəzi şəxslərin öz hədlərini aşaraq dövlət başçısının səlahiyyətlərinə müdaxilə etmək cəhdlərini isə qəbuledilməz sayıram. Sağlamlığımda heç bir problem yoxdur, özümü yaxşı hiss edirəm, işimin başındayam. Bundan sonra da AMEA qarşısında dövlətin qoyduğu vəzifələrin keyfiyyətli icrası üçün əlimdən gələni edəcəyəm" deyə akademik bildirmişdi.