Keçid linkləri

2025, 17 Mart, Bazar ertəsi, Bakı vaxtı 05:32

Ramiz Mehdiyev yaşı ilə əlaqədar istefa verəcəyini bildirib


Prezident İlham Əliyev Ramiz Mehdiyevi "Heydər Əliyev" Ordeni ilə təltif edir. 2019
Prezident İlham Əliyev Ramiz Mehdiyevi "Heydər Əliyev" Ordeni ilə təltif edir. 2019

Akademik Ramiz Mehdiyevin istefa verəcəyini AMEA-nın mətbuat xidməti də təsdiqləyib.

Xidmət bildirir ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib.

Qeyd edildiyinə görə, iclası giriş sözü ilə açan akademik Ramiz Mehdiyev son günlər Akademiya və şəxsən onun özü haqqında yayılan məlumatların heç bir təsiri olmadan yaşı ilə əlaqədar bu qurumdakı postunu tərk etməyə qərar verdiyini bildirib.

Məlumata görə, O, istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini söyləyib.

“Akademik Ramiz Mehdiyev iki il dörd ay ərzində birlikdə çalışdığı Rəyasət Heyəti üzvlərinə təşəkkür edib, pandemiya səbəbindən elmimiz adına bəzi uğurlu layihələrin həyata keçirilə bilməməsindən təəssüfünü çatdırıb.”

Mehdiyev 1938-ci ildə doğulub.

***

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin bu vəzifədən istefa verəcəyi deyilir.

Bu barədə “Turan” informasiya Agentliyinə Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib.

Onun sözlərinə görə, bugün, fevralın 14-də Akademiyanın Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyev deyib ki, sabah fevralın 15-də ərizəsini təqdim edəcək.

Amma bu məlumatı, hələlik, akademikin özündən və AMEA-nın mətbuat xidmətindən dəqiqləşdirmək mümkün olmayıb.

Akademik Ramiz Mehdiyev 2019-cu ilin oktyabrından AMEA-ya rəhbərlik edirdi. O, 1995-ci ildən 2019-cu ilin oktyabrına qədər Prezident Administrasiyasına rəhbərlik etmişdi. Elə, həmin dövrdən hakimiyyətə yaxın bəzi kütləvi informasiya vasitələrində ona qarşı tənqidlər başladı.

O belə tənqidlərdə Azərbaycanda rus dilinin inkişafında xidmətləri olan şəxs kimi təqdim edilib. Bu yaxınlarda isə bir sıra şəxslər onu AMEA-da islahatlara maneə kimi göstərir və istefasını tələb edirdilər.

AMEA prezidenti Ramiz Mehdiyev isə istefa vermək niyyətində olmadığını açıqlamışdı. O, bununla bağlı "Amerikanin səsi"nə demişdi ki, onu bu vəzifəyə AMEA-nın ümumi yığıncağı seçib və prezident İlham Əliyev də təsdiqləyib:

"Məni istefaya göndərmək səlahiyyəti də ona məxsusdur. AMEA-dakı bəzi şəxslərin öz hədlərini aşaraq dövlət başçısının səlahiyyətlərinə müdaxilə etmək cəhdlərini isə qəbuledilməz sayıram. Sağlamlığımda heç bir problem yoxdur, özümü yaxşı hiss edirəm, işimin başındayam. Bundan sonra da AMEA qarşısında dövlətin qoyduğu vəzifələrin keyfiyyətli icrası üçün əlimdən gələni edəcəyəm".

XS
SM
MD
LG