Keçid linkləri

2026, 19 Fevral, Cümə axşamı, Bakı vaxtı 02:05

Zelenski: Ukraynalılar Donbasın verilməsini heç vaxt bağışlamazlar

Volodimir Zelenski
Volodimir Zelenski

Prezident Volodimir Zelenski deyir ki, Ukrayna xalqı ölkənin qoşunlarının Donbasdan birtərəfli çıxarılmasını, bu bölgənin Rusiyaya verilməsini nəzərdə tutan sülh sazişini rədd edəcək. Zelenski bunu "Axios" nəşrinə müsahibəsində bildirib.

"İnsanlar emosional olaraq bunu heç vaxt bağışlamazlar. Heç vaxt. Onlar bunu nə mənə, nə də ABŞ-yə bağışlayarlar", – Zelenski deyib. Onun fikrincə, ukraynalılar niyə onlardan əlavə torpaq tələb olunduğunu anlaya bilmirlər. "Bu, ölkəmizin bir hissəsidir, bütün vətəndaşlar, bayraq, torpaq", –Ukrayna prezidenti vurğulayıb.

Müsahibə fevralın 17-də Cenevrədə ABŞ-nin vasitəçiliyi ilə birbaşa Ukrayna və Rusiya danışıqları gedərkən yazılıb. Danışıqlarda əsas əngəl Donbas üzərində nəzarətlə bağlıdır.

Son günlər ABŞ prezidenti Donald Tramp güzəştə getmək məsuliyyətinin Zelenskinin üzərinə düşdüyünə iki dəfə işarə edib. "Ümid edirəm ki, bu, sadəcə onun taktikasıdır, qəbul edilmiş qərar deyil", – Zelenski Trampın sözlərini belə şərh edib.

Ukrayna prezidenti Trampa münaqişənin sülh yolu ilə həllini tapmaq səylərinə görə təşəkkür edib. O deyib ki, Trampın təmsilçiləri Stiv Uitkoff və Cared Kuşnerlə söhbətlərində təzyiq müşahidə olunmur. Zelenski əlavə edib ki, "təzyiq altında asanlıqla təslim olan insanlardan deyil".

Zelenskinin sözlərinə görə, ərazi məsələsində irəliləyiş əldə etməyin ən yaxşı yolu Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşməsidir. O, komandasına Cenevrədə liderlər səviyyəsində mümkün görüş imkanı üzərində işləməyi tapşırdığını deyib.

Telefonla 37 dəqiqəlik müsahibədə Zelenski Vaşinqtonla Kiyevin əldə etdiyi razılaşmanı da xatırladıb. Razılaşmaya görə, hər hansı gələcək saziş ümumxalq referendumuna çıxarılmalıdır. Zelenskinin fikrincə, saziş yalnız Ukrayna qüvvələrinin Donbasdan çıxarılmasını, suverenlikdən, orada yaşayan Ukrayna vətəndaşlarından imtinanı nəzərdə tutarsa, o zaman rədd ediləcək.

XS
SM
MD
LG