Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:22

193 yeni yoluxma aşkarlanıb, 3 ölüm


COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 193 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 201 nəfər sağalıb.

Bu məlumatı fevralın 19-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 232829 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227472 nəfər sağalıb, 3193 nəfər vəfat edib, aktiv xəstə sayı 2164 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 7215, ötən müddət ərzində isə ümumilikdə 2535825 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG