Keçid linkləri

2026, 10 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 23:00
Cey Di Vens və İlham Əliyev ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmış nüsxələrini nümayiş etdirirlər.
Cey Di Vens və İlham Əliyev ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmış nüsxələrini nümayiş etdirirlər.

Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası imzaladı

Bakıdan öncə Yerevanda olan ABŞ vitse-prezidenti Cey Di Vens Ermənistanla nüvə əməkdaşlığı sazişi imzalayıb. Açıqlandığına görə, Azərbaycana və Ermənistana səfər prezident Donald Trampın sülh səylərinin, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) təşviqinə yönəlib.

18:37 9.2.2026

Yerevanda etiraz aksiyası keçirilir

Yerevanda etiraz
Yerevanda etiraz

AzadlıqRadiosunun erməni xidməti xəbər verir ki, Yerevanda Prezident Sarayı yaxınlığında etiraz aksiyası davam edir. Nümayişçilər Bakıda həbsdə olan erməni məhbusların fotolarını tutaraq "Məhbuslara azadlıq!" şüarı səsləndirirlər.

Amma etirazçılar saraya yaxınlaşa bilməyiblər. Polis saraya gedən yolu bağlayıb.

Yanvarın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan Bakıda saxlanılan dörd məhbusun Ermənistana qaytarıldığını bildirib. Ermənistan Azərbaycanda daha 19 erməni məhbusun saxlanıldığını deyir.

18:26 9.2.2026

Vens-Paşinyan görüşü başlayıb

Yerevanda Prezident Sarayına gedən yolun kənarında bəzi etirazçılar yığışıb. Onların qaldırdığı plakatlarda "Tələ, yoxsa TRIPP?", "Syunik satılmır" şüarları yazılıb.

ABŞ-nin vitse-prezidenti Cey Di Vensi qırmızı və qızılı xalça üzərində baş nazir Nikol Paşinyan qarşılayıb. Onlar əl sıxsalar da, hər hansı açıqlama verməyiblər.


17:46 9.2.2026

Cey Di Vens Yerevana çatıb

Cey Di Vens ailəsi ilə birlikdə Yerevanda təyyarədən enir
Cey Di Vens ailəsi ilə birlikdə Yerevanda təyyarədən enir
16:11 9.2.2026

Azərbaycanda siyasi məhbus sayılan şəxslər Tramp Administrasiyasına üz tutub

Azərbaycanda siyasi məhbus sayılan şəxslərin bir qrupu ABŞ prezidenti Donald Tramp Administrasiyasına və bu ölkənin konqresmenlərinə müraciət edərək onların məsələlərinə diqqət göstərilməsini istəyiblər.

Onların vurğulamasına görə, "Cənubi Qafqazın ən avtoritar ölkəsi" olan Azərbaycanda son illər insan hüquqları total şəkildə pozulur, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, tənqidçi akademiklər və müxalif siyasi liderlər əsassız ittihamlarla həbs edilib.

"ABŞ-nin yaranma fəlsəfəsinin əsas prinsiplərindən və xarici siyasətinin prioritetlərindən biri də dünyada insan azadlıqlarını, demokratik dəyərləri müdafiə etməkdir. Ona görə də ABŞ-nin Belarus və Venesueladakı siyasi məhbuslarla bağlı təcrübəsinə istinad edərək Sizi Azərbaycandakı insan hüquqları ilə bağlı vəziyyəti diqqətdə saxlamağa, əməli addımlar atmağa çağırırıq", - müraciətdə bildirilir.

Davamı

XS
SM
MD
LG