Keçid linkləri

2026, 11 Fevral, çərşənbə, Bakı vaxtı 00:29
Cey Di Vens və İlham Əliyev ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmış nüsxələrini nümayiş etdirirlər.
Cey Di Vens və İlham Əliyev ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmış nüsxələrini nümayiş etdirirlər.

Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası imzaladı

Bakıdan öncə Yerevanda olan ABŞ vitse-prezidenti Cey Di Vens Ermənistanla nüvə əməkdaşlığı sazişi imzalayıb. Açıqlandığına görə, Azərbaycana və Ermənistana səfər prezident Donald Trampın sülh səylərinin, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) təşviqinə yönəlib.

16:03 9.2.2026

Konqresmen Vensi Azərbaycanda vicdan məhbuslarının azadlığa çıxması üçün səy göstərməyə çağırır

ABŞ Konqresinin aparıcı üzvü ölkənin vitse-prezidenti Cey Di Vensin Bakıya səfəri zamanı rəsmilərlə görüşlərində vicdan məhbuslarının azadlığa buraxılması üçün səy göstərməyə çağırıb. Nümayəndələr Palatasının üzvü, palatanın Tom Lantos İnsan Haqları Komissiyasının həmsədri, demokrat Ceyms Makqovern fevralın 6-da vitse-prezidentə ünvanlandığı məktubu dövlət katibi Marko Rubioya da göndərib.

Konqresmen məktubunda Tramp administrasiyasının strateji diplomatiyasının siyasi məhbusların azadlığa çıxmasında uğur qazandığını vurğulayır, Belarusda Sergey Tixanovskinin, Ales Belyatskinin, Mariya Kalesnikovanın adlarını çəkir.

"ABŞ Dövlət Departamentinin insan haqları hesabatlarında Azərbaycan hökumətinin acınacaqlı insan hüquqları göstəriciləri sənədləşdirilib. Azərbaycana səfəriniz və vəzifənizin imkanlarından yararlanaraq vicdan məhbuslarının azadlığa buraxılmasına çalışmağa çağırıram", – məktubda deyilir.

16:00 9.2.2026

Tramp Vensi Bakıya niyə göndərir?

Bunu regionun bölüşdürülməsi sayanlar da var.

Tramp Vensi Bakıya niyə göndərir?
Gözlə

No media source currently available

0:00 0:02:39 0:00
XS
SM
MD
LG