Vens ümid edir ki, 'bu, İkinci lediyə hər hansı ideya vermir'
"Belə başa düşürəm ki, Azərbaycanın Birinci vitse-prezidenti prezidentin həyat yoldaşıdır" deyən Cey Di Vens ümidvar olduğunu bildirib ki, "bu, İkinci lediyə (Uşa Vens) hər hansı ideya vermir".
2017-ci ildə prezident İlham Əliyev xanımı Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin olunması haqda sərəncam imzalayıb.
Mətbuata birgə bəyanatdan sonra liderlər hər hansı sualı cavablandırmayıblar.
Səfirlik: Xartiya münasibətləri daha da möhkəmləndirəcək
ABŞ-nin Azərbaycandakı səfirliyi hesab edir ki, Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə arasında münasibətləri daha da möhkəmləndirəcək.
"Birləşmiş Ştatlar Cənubi Qafqaz regionunun böyük potensialının reallaşdırılması istiqamətində Azərbaycanla sıx əməkdaşlığı davam etdirməyə sadiqdir", - açıqlamada vurğulanır.