Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:27

Ukrayna Konstantinopol patriarxı ilə əməkdaşlıq razılaşması imzaladı


Petro Poroshenko və Patriarx Bartholomew I
Petro Poroshenko və Patriarx Bartholomew I

Ukrayna prezidenti Petro Poroshenko və Konstantinopol patriarxı Varfolomey (Bartholomew)Ukrayna ilə Veselen Patriarxı arasında əməkdaşlıq barədə razılaşma imzalayıblar.

Razılaşma oktyabrın 3-də patriarxın İstanbuldakı iqamətgahında imzalanıb.

Poroshenko bunu tarixi imza adlandırıb.

Öz növbəsində Varfolomey bildirib ki, bu qərar Ukraynadakı bütün pravoslavların birləşməsinə səbəb olacaq.

Hazırda Ukraynada Moskva patriarxının Ukrayna pravoslav kilsəsi də daxil olmaqla bir neçə pravoslav kilsəsi var.

Qeyd edək ki, dünya pravoslav icmasının lideri sayılan Konstantinopol patriarxı Varfolomey (Patriarch Bartholomew) oktyabrın 11-də Ukrayna Pravoslav Kilsəsinin müstəqilliyini tanıyıb.

Buna da bax: Moskvaya bağlı kilsələr İstanbulla əlaqəni kəsir.

Varfolomeyin qərarı Kiyevlə Moskvanın arasındakı gərginliyi artırıb. Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini tutub, Ukraynanın qərbindəki separatçıları dəstəkləməyə başlayıb. Bundan sonra Qərblə Rusiyanın münasibəti pisləşib.

Rus Pravoslav Kilsəsi buna görə, İstanbul patriarxlığı ilə əlaqəni kəsib.

Keçmiş sovet respublikalarındakı bir sıra pravoslav kilsələri də birbaşa Moskvadakı Rus Pravoslav Kilsəsinin yurisdiksiyasında olduqlarından eyni addım atıblar.

Belə ki, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan Pravoslav Kilsələri də İstanbul patriarxlığı ilə əlaqəni kəsiblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG