Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Noyabr, bazar, Bakı vaxtı 11:35

Moskvaya bağlı kilsələr İstanbulla əlaqəni kəsir


Ukrayna Pravoslav Kilsəsinin patriarxı Filaret (sağda) Kiyevdə mətbuat konfransında

Keçmiş sovet respublikalarında bir sıra kilsələr Rus Pravoslav Kilsəsinin yoluyla gedərək İstanbul Patriarxlığı ilə əlaqələri kəsirlər.

Rus Pravoslav Kilsəsi qərarını oktyabrın 15-də elan edib. Bundan dörd gün öncə Konstantinopol patriarxı Varfolomey (Bartholomew) Ukrayna kilsəsini ayrıca tanıyıb.

Keçmiş sovet respublikalarında bir sıra pravoslav kilsələri isə birbaşa Moskvadakı Rus Pravoslav Kilsəsinin yurisdiksiyasına daxildir.

Qazaxıstandakı Rus Pravoslav Kilsəsinin liderlərindən biri Dmitry Baidek oktyabrın 18-də AzadlıqRadiosuna deyib ki, Varfolomeyin qərarı ucbatından İstanbul patriarxlığı ilə əlaqəni kəsiblər.

Belarus və Tacikistandakı pravoslav kilsələri də oktyabrın 16-da oxşar bəyanatlar veriblər. Qırğızıstan Pravoslav Kilsəsi isə oktyabrın 17-də belə bir addım atıb.

Varfolomeyin qərarı Kiyevlə Moskvanın arasındakı gərginliyi artırıb. Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini tutub, Ukraynanın qərbindəki separatçıları dəstəkləməyə başlayıb. Bundan sonra Qərblə Rusiyanın münasibəti soyuyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG