Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:34

Vahid Ələkbərov Rusiyada ən varlı 6-cı adamdır


Vagit Alekperov
Vagit Alekperov

Forbes jurnalı Rusiyada ən varlı adamların adlarını açıqlayıb.

Siyahıya ikinci ildir ki, “Novatek” qaz şirkətinin sahiblərindən olan Leonid Mixelson başçılıq edir.

Jurnalın məlumatına görə, biznesmenin varidatı il ərzində 14,4 milyarddan, 18,4 milyard dollara qalxıb.

İkinci yerdə “Severstali” şirkətinin sahibi Aleksei Mordaşov gəlir ki, O, ötən il 6-cı idi.

Jurnalın məlumatına görə, indi onun 17,5 milyard dolları var.

Həmçinin “Novolipetsk metallurqiya kombinatı”nın sahibi Vladimir Lisin varını artıraraq 16,1 milyard dollarla 8-ci yerdən 3-cü yerə çıxıb.

“Novatek”in səhmdarı Gennadi Timçenko 16 milyard dollarla 4-cü, USM Holdings-in banisi Alişer Usmanov isə 15,2 milyard dollarla beşincidir.

Siyahıda əslən azərbaycanlı olan iş adamı, “Lukoyl” neft şirkətinin prezidenti Vagit Alekperovun da adı var.

Onun son aylarda sərvəti artaraq 14,5 milyard dollar çatıb və siyahıda6-cı yerdə gəlir.

Ümumilikdə 200 ən varlı rusiyalının varidatı 1 il ərzində 100 milyard artaraq 460 milyard dollara qalxıb.

Milyardçıların sayı isə 77-dən 96-a qalxıb.

Forbes yazır ki, rusiyalı biznesmenlərin varidatının artmasına səbəb son vaxtlar rublun möhkəmlənməsi və xam mal bazarındakı sərfəli vəziyyətdir.

Dünyada isəvarlı iş adamlarının siyahısına yenə 86 milyard dollarla Bill Gates başçılıq edir.

İkinci yerdə75,6 milyard dollarla “ Berkshire Hathaway” şirkətinin rəhbəri Warren Buffett, 3-də isə 72,8 milyard dollarla “Amazon”-un banisi Jeff Bezos gəlir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG