Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 09:17

ÜDM yenə azalıb


Dollar və manat

Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcminin yenə də azaldığı bildirilir.

Bu haqda Dövlət Statistika Komitəsi xəbər verir.

Statistika qurumunun bilgilərinə görə, 2017-ci ilin yanvar-avqust aylarında ölkədə 43 mlrd. 713,2 mln. manatlıq ÜDM istehsal edilib.

Bu göstəricinin ötən ilin eyni dövrü ilə müqayisədə 1.1 faiz az olduğu bildirilir.

ÜDM-nin təhlilinə görə, bu ilin 8 ayında qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,4 faiz artıb. DSK neft sektorunun payının isə 7,6 faiz azaldığını bildirir.

Komitəyə görə, qeyri-neft sektorunun ÜDM-dəki xüsusi çəkisi 62,8 faiz olub. ÜDM-də məhsula və idxala xalis vergilər 7,3 faiz təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM isə 3875,6 manat olub.

Statistika qurumunun bir ay əvvəlki bilgilərində də ÜDM-nin həcminin azaldığı bildirilirdi.

2017-ci ilin yanvar-iyul aylarında ölkədə 37 milyard 645 milyon manatlıq ÜDM istehsal edilmişdi. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz az idi.

Ötən il isə bütünlükdə ÜDM-nin 3,8 faiz azaldığı bildirilir.

Son illərdə dollarla götürdükdə isə ÜDM-nin kəskin şəkildə azaldığı deyilir. 2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib.Bu devalvasiyalarda üst-üstə manat 2 dəfə dəyər itirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG