Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 18:00

Trump-un tərəfdarları və əlehdarları mitinq keçirdilər


Nyu-Yorkda Trup əleyhinə aksiya
Nyu-Yorkda Trup əleyhinə aksiya

Yeni ABŞ prezidenti seçilmiş Donald Trumpın Vaşinqtonda tərəfdarları qarşısında çıxışı olub.

O, andiçmə mərasiminə 1 gün qalmış-yanvarın 19-da keçirilən mitinqə xanımı Melane və 5 uşağı ilə gəlib.

Donald Trump Lincolnın abidəsi önündəki konsertdən əvvəl Arlinqton qəbristanlığında naməlum əsgərin qəbrinə əklil qoyub.

O, tərəfdarları qarşısında çıxış edərkən deyib ki, ölkəni dəyişikliklər gösləyir.

Donald Trump
Donald Trump

“Biz bu gün bura kimlərinsə gəlib-gəlməyəcəyini bilmirdik.

Amma baxın, hər şey seçkiqabağı kampaniyaların sonununcu ayındakı kimidir. Onda biz başa düşdük ki, nəsə xüsusi bir şey baş verir. Təkcə onu deyə bilərəm ki, reytinlər kəskin qalxmağa başladı və getdikcə daha da artdı. Rəqiblərimiz bizim qələbəmizi etiraf eləmək istəmirdilər, çünki sizləri unutmuşdular. Mən seçkiqabağı kampaniyalar zamanı tərəfdarlarımı unudulmuş kişilər və qadınlar adlandırırdım. İndi isə sizi heç kim unutmayacaq”.

Vaşinqtonda keçirilən mitinq, seçkiqabağı kampaniyalarda olduğu kimi, “Amerikanı yenidən böyük edək” şüarı altında keçirilib.

Oskar mükafatçısı olan aktyor John Woit

mitinqdə çıxış edərkən deyib ki, indi bu sözləri reallaşdırmaq üçün Trampın imknaı var.

Eyni zamanda Nyu-Yorkda Trampın minlərlə əlkehdarı ayrıca mitinq keçiriblər.

Natiqlər arasında aktyorlar Robert De Niro və Alek Bolduin kimi tanınmışlar da olub. Rejissor Michael Moore Trump əlyhinə aksiyaların davam etdiriləcəyini vəd edib.

Trump əleyhinə aksiya
Trump əleyhinə aksiya

Qeyd edək ki, Donald Trumpun seçkiqabağı kampaniyalar zamanı qanunsuz miqrantlar və qadınlara qarşı sərt ifadələri, həminin prezident Barack Obamanın başladığı tibbi sığorta sistemini ləğv etmək və Meksika ilə sərhədə divar çəkmək vədləri onun əlehdarlarının böyük narazılığına səbəb olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG