Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 10:58

ABŞ prezidenti Ukrayna sərhəddində sülhü bərpa üçün çalışacağını deyir


Donald Trump, Ağ Evdə,22 yanvar 2017

ABŞ adminstrasiyası deyir, prezident Donald Trump Ukrayna prezidenti Petro Poroshenko ilə danışarkən Rusiya ilə sərhəddə sülhü bərpa etmək üçün çalışacaqlar.

“Biz Ukrayna, Rusiya və digər tərfdaşlarla Ukrayna-Rusiya sərhəddində sülhü bərqərar etmək üçün işləyəcəyik”, fevralın 4-də yayılan açıqlamada Trump bildirib.

Açıqlamada göstərilir ki, iki lider yaxın gələcəkdə görüşməyi planlaşdırıblar.

Poroshenko və Trump Liviya, Avropaya qaçqın axınını, İraliyada keçiriləcək “Böyük 7-liyin görüşünü də müzakirə ediblər.

Liderlər özünü İslam Dövləti adlandıran yaraqlılar və digər terrorist qruplara qarşı mübarizədə birgə əməkdaşlıqdan da danışıblar.

Ukrayna prezidenti Trump-a ölkəsinin ərazi bütövlüyünü və suverenliyinə güclü dəstək verdiyi üçün təşəkkür edib.

Poroshenko Trump-ın Rusiyaya qarşı ABŞ-ın Krım məsələsinə görə qoyduğu sanksiyaları geri çəkə biləcəyindən narahatlığını da dilinə gətirib.

2014-cü ilin aprelindən Ukrayna şərqində baş verən münaqişədə 9800 -ə yaxın adam öldürülüb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG