Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 13:00

ABŞ mühacirləri üçün deportasiya planı...


ABŞ. Suriyadan gəlmiş mühacirlər.

Ötən gün Trump administrasiyası ABŞ immiqrasiya qanunlarını necə icra edəcəyi barədə açıqlama verib.

İmmiqrasiya sahəsində çalışan qeyri-hökumət təşkilatları bu açıqlamanı deportasiya planı kimi dəyərləndirirlər.

"Biz özümüzü reydlərin artmasına, ailə üzvlərimizin, icmamızın üzvlərinin saxlanılması hallarının çoxalmasına hazırlayırıq", – Milli İmmiqrasiya Hüququ Mərkəzinin icraçı direktoru Marielena Hincapié deyib.

Buna da bax:​ ABŞ-da müsəlmanlar yəhudi qəbiristanlığının bərpasına pul toplayırlar

“HƏR ŞEYİ EDƏCƏYİK”

Trump administrasiyası isə Daxili Təhlükəsizlik Departamentinin dərc etdiyi sənədlərin deportasiya planı olmasına dair iddiaları rədd edir. Sözügedən sənədlər immiqrasiya və sərhəd agentlikləri və onların işçiləri üçün təlimat rolunu oynamalıdır. Bu sənədlərdə Prezident Donald Trump-ın prezidentliyə başlamasından dərhal sonra verdiyi immiqrasiya qərarlarının icrasının yolları izah edilir.

Ağ Evin sözçüsü Sean Spicer jurnalistlərin bu qərarın kütləvi deportasiyaya yol açıb-açmayacağı haqda sualına "yox" cavabı verib.

"Ağ Ev və Daxili Təhlükəsizlik Departamentinin mesajı ondan ibarətdir ki, bu ölkədə olan və ictimai asayişə təhlükə yaradan, yaxud cinayət işləmiş şəxslər ölkədən birinci çıxarılacaq və biz bundan ötrü hər şeyi edəcəyik", – deyən Spicer əlavə edib ki, təqribən bir milyon insan bu meyara uyğun gəlir.

Buna da bax:​ Macron Fransa müsəlmanlarının rəğbətini qazanmağa çalışır

DACA PROQRAMI LƏĞV OLUNMAYIB

Bu yeni sənədlər keçmiş prezident Barack Obama dövründən qalan prioritet sistemindən imtina deməkdir. Obama administrasiyasının siyasəti bir çox mühacirlərin özlərini təhlükəsiz hiss etməsinə yol açmışdı.

Təkcə bir istisna var. Trump administrasiyası Obama-nın 2012-ci ildə təsdiqlədiyi, 730 minədək gənc mühaciri deportasiyadan qoruyan, onlara ABŞ-da yaşamaq və oxumaq imkanı verən DACA proqramını ləğv etməyib.

Mütəxəssislər sözügedən bildirişlərin bəzi hissələrinin hələ federal nizamlama prosesindən keçməli olduğunu bildiriblər.

Hincapié isə deyir ki, bu sənədlər onu göstərir ki, bu bildirişlər iki həftə öncə 700 nəfərin həbsiylə nəticələnmiş halın yenidən təkrarlanmasına yol aça bilər.

Buna da bax:​ Hollande: 'Fransanın islamla problemi var'

11 MİLYON MÜHACİR

Bildirişlərdə federal hökumətin immiqrasiya qanunlarını yerli hüquq-mühafizə işçilərinə həvalə etdiyi görünür. Bu isə o deməkdir ki, məsələn, yol nəqliyyat pozuntusuna görə saxlanmış insanlardan şəxsiyyəti təsdiqləyən sənədlər tələb oluna bilər.

Trump-ın prezident seçilməsindən bəri və ondan öncə mühacirlər ailələrindən və yaxınlarından ayrı düşəcəkləri qorxusuyla yaşayırlar.

Ötən həftə Konqresin demokrat üzvləri qeyd ediblər ki, İmmiqrasiya və Gömrük İdarəsi onlara 11 milyon mühacirin risk altında olduğunu bildirib.

Buna da bax:​ 'Aeroportlardakı yoxlamalar müsəlmanların mənliyini aşağılayır'

Daxili Təhlükəsizlik Departamentinin bildirişlərinin versiyaları bundan öncə də yayılmışdı. Ötən gün dərc edilən bildirişlər Trump-ın qərarından bir o qədər də seçilmir. Təkcə DACA proqramıyla bağlı tətbiq edilən istisna yenidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG