Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:19

Macron Fransa müsəlmanlarının rəğbətini qazanmağa çalışır


Emmanuel Macron.
Emmanuel Macron.

Fransada yaxınlaşmaqda olan prezident seçkiləri ölkə müsəlmanları üçün çox ciddi nəticələr verə bilər. Milli Cəbhənin rəhbəri, ifrat sağçı Mari Le Pen ilk mərhələnin yekunlarına görə öndə gedir.

Le Pen "Fransa ruhunu" xilas etmək naminə ölkədə halal əti, dini geyimləri və "burkini"ni yasaqlamağa söz verib.

Seçkinin ilk mərhələsində Le Pen-dən sonrakı yeri tutan mərkəzçi Emmanuel Macron, sorğu nəticələrinə görə, ikinci mərhələdə onu ötə bilər.

Buna da bax:​ Hollande: 'Fransanın islamla problemi var'

“Bu gün Fransada…”

Keçmiş iqtisadiyyat naziri Macron-un 39 yaşı var. O, bütün dünyada güclənməkdə olan ifrat sağçı populizmin və onun Fransadakı nümayəndəsi Le Pen-in önünü kəsmək üçün müsəlman seçicilərin də səsindən yararlanmaq istəyir. Macron-un İslama münasibəti belədir: "Bu gün Fransada heç bir din problem deyil". O, müstəmləkə hakimiyyəti dövründə fransızların Əlcəzairdə törətdikləri "cinayət və barbarca davranışları" da tənqid etməyi də unutmur.

"Əriyən kitab" saytının yaradıcısı, Əlcəzair əsilli Nadia Henni-Moulai Macron-un hakim təbəqəylə bağlı keçmişini nəzərə alaraq, onun kampaniya gedişində verdiyi vədləri yerinə yetirə biləcəyinə şübhəylə yanaşır.

"O, ENA-nı (Milli İdarəçilik Məktəbi) bitirmiş digərləri kimi, özünü sistem əleyhdarı adam sifətində tanıtmaq istəyib… Sonradan investisiya bankiri kimi çalışıb. İddiaları bir yana, o, sistemin bir parçasıdır. Antimüsəlman ritorikası çox cəlbedicidir və Macron son nəticədə buna da əl atacaq. Müsəlmanları pisləmək qaçılmazdır, özəlliklə Yelisey sarayına çatmaq istəyirsənsə. Onun indiki aqrumentlərlə seçilə biləcəyinə çox şübhə edirəm. Fransada belə bir ifadə var: "kampaniyanı sağdan apar, amma mərkəzdən yönəlt", - Henni-Moulai “Al Jazeera” kanalına müsahibəsində belə deyir.

Buna da bax:​ Fransanın dini liderləri birliyə çağırıblar

“Nəyə inanmağın ona önəmli deyil”

“Al Jazeera”ya müsahibə verənlərdən Tuluzada yaşayan satış mütəxəssisi Yousef Barbouch Macron-un islama dair mövqeyini bəyəndiyini deyir. Ancaq əlavə edir ki, keçmişdə uğur qazanmış namizədlər hakimiyyətə gələndən sonra kampaniya dönəmindəki yaxşı vədlərinə xilaf çıxıblar.

Barbouch daha sonra deyir: "Macron Britaniya və Amerika düşüncə tərzinə yiyələnib: Sən ölkəyə töhfə verirsənsə, nəyə inanmağın ona önəmli deyil. Bugünkü qorxu kontekstində bunu eşitmək xoşdur".

O, keçmiş prezident Nicolas Sarkozy-nin də əvvəlcə buna bənzər vədlər verməsini, amma sonra onlardan üz döndərməsini xatırladır:

"2009-cu ildə Sarkozy-nin bənzər fikirlər dilə gətirdiyini unutmayacağam. Məsələn, o, hicablıları müdafiə edirdi, ancaq 7 il sonra qətiyyətlə baş örtüyünə qarşı çıxdı".

Buna da bax:​ 'Aeroportlardakı yoxlamalar müsəlmanların mənliyini aşağılayır'

“Bağlantıları xeyli sual doğurur”

Parisdə yaşayan biznes məsləhətçisi Karim Brequin də Macron-un islam barədə dediklərinin müsəlmanların xoşuna gəldiyini, ancaq hakim təbəqəylə keçmiş bağlılığının ona mane olacağını deyir:

"Başqa namizədlərə baxanda, Macron mədəni və daha savadlı göründüyündən, çox adam [ona səs verməyə] meyllidir. Nisbi gəncliyi və bir növ yeniliyi təmsil etməsi bir çoxlarını özünə çəkir. Ancaq onun Dominique Strauss-Kahn-la bağlantıları xeyli sual doğurur".

Tuluz Kapitol Universitetində publik hüquq araşdırıcısı Rim-Sarah Alouane-nin fikrincə, islam xofundan seçki aləti kimi yararlanmadığına görə Macron tərifəlayiqdir. Ancaq insanların Macron-un sözünə xilaf çıxacağından çəkindiyini o da vurğulayır:

Buna da bax:​ Fransa məhkəməsu Burkiniyə qoyulmuş qadağanı dayandırdı

"Şəhərin ucqar yerlərinə gedərək, multikulturalizmin gözəl olduğunu ucadan söyləmək bəyənilməlidir və sözsüz ki, buna ehtiyac var. Ancaq o bu sözlərin arxasında durmalıdır, axı insanlar aldanmayacaqlar".

Fransada islamofobiyayla mübarizənin ön sıralarında gedən Yasser Louati deyir ki, dövlətin azlıqları ayrıseçkiliyə məruz qoymasına dair "cəsarətli bəyanatlar" versə də, Macron-un əsas platforması bəlli deyil:

"Heç kim onun proqramının nədən ibarət olduğunu bilmir… Macron heç vaxt rasizmin kökündə duran səbəblərlə necə effektiv mübarizə aparacağından, yaxud islamofobiya qanunlarına necə dirənəcəyindən söz açmayıb".

Buna da bax:​ Fransa baş naziri: 'Müsəlman ruhanilər Fransada yetirilməlidir'

“Heç kimə səs verməyəcəyəm”

“Al Jazeera”ya danışan müsəlmanlar arasında ən sərt mövqeni dilə gətirən Louati gələn seçkilərdə səs verməyəcəyini söyləyib:

"Mən Emmanuel Macron-a və ya hər hansı başqa namizədə səs verməyəcəyəm. Axı bu, əxlaq baxımından iflas etmiş, institusional baxımdan uğursuz siyasi sistemi dəstəkləmək demək olardı".

Buna da bax:​

Fransada müsəlmanlara qarşı basqılar
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG