Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:33

Fransanın dini liderləri dünən kilsədə yaşlı rahibin qətlə yetirilməsindən sonra birliyə çağırıblar.

Parisin arxiyepiskopu Andre Ven Trua iyulun 27-də prezident Francois Hollande ilə görüşdən sonra katolikləri ürəklərinə dolan nifrəti dəf etməyə və eyni ailədən olan uşaqları qarşı-qarşıya qoyan “İslam Dövləti” qrupunun oyununa girməməyə çağırıb.

Parisin imamı Dalil Bubaker isə bildirib ki, Fransa müsəlmanları din xadimlərinin yaxşı təlim almasına çalışmalıdırlar.

O həmçinin Fransadakı müsəlman müəssisələrində islahatlara və ibadət yerlərinin təhlükəsizliyini gücləndirməyə çağırıb.

Fransa prezidenti Francois Hollande Normandiya regionundakı katolik kilsəsinə hücumdan bir gün sonra dini xadimlərin iştirakı ilə görüş keçirib.

Qeyd edək ki, iyulun 26-da 2 nəfər kilsəyə hücum edərəkbir neçə nəfəri girov götürüb, 84 yaşlı keşiş Jak Ameli (Jacques Hamel)bıçaqla qətlə yetiriblər.

Polis əməliyyat zamanı hücum edənləri güllələyib.

Hücuma görə cavabdehliti “İslam Dövləti” qrupu üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG