-
Fransanın Dövlət şurası müsəlman qadınların çimərliyə burkini ilə gəlməsinə qoyulmuş qadağanın dayandırılması ilə bağlı Vilnev-Lube şəhər məhkəməsinin qərarını təsdiqlədi.
Qərarda deyilir ki, şəhər rəhbərliyi içtimai asaişə təhlükə halını çıxmaq şərtilə ,vətəndaşların şəxsi azadlığını məhdudlaşdıra bilməz.
Fransanın müsəlman şurası qərarı alqışlayıb və bunu “sağlam fikrin qələbəsi” adlandırıb.
Bunun digər şəhərlər üçün də presedent olacağı gözlənilir.
Vilenv-Lube məhkəməsində iddianı yerli hüquq müdafiəçiləri qaldırmışdı.
Qeyd edək ki, Fransanın 30 şəhərində bu cür qadağa tətbiq edilib.
Bu günlərdə Nitse polisi çimərliyə burkini ilə gələn qadını geyimin bir hissəsini açmağa məcbur edib və bu ölkə ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Qadağanın lehinə olan baş nazir Manuel Vals bunu qadınların istismarı hesab edir.
Əslən mərakeşli olan təhsil naziri Nacad Vallo Belqasim isə hesab edir ki, Burkininin qadağan edilməsi islamçılarla mübarizəyə kömək etməyəcək.
O hesab edir ki, bu məsələnin müzakirəsi irqçilik xarakteri daşıyır və bundan siyasi məqsədlər üçün istifadə edilir.
Buna da bax: İşadamı burkini geyinənlərin cərimələrini ödəyir
Bir çox fransızlar da burkininin qadağan edilməsini lazımsız sayır.
Bundan bir gün əvvəl Londondakı Fransa səfirliyi qarşısında bu qadağaya etiraz olaraq aksiya keçirilib.
Bikini və Burkinidə olan onlarla qadın, Fransadakı müsəlman qadınlara həmrəylik olaraq, qum gətirib cimərlik axşamı təşkil ediblər.
Məhkəmənin qərarı digər şəhərlər üçün də presedent ola bilər.