Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 11:26

Trump administrasiyasının rəhbəri istefa verdi


Reince Priebus

ABŞ prezidenti Donald Trump elan edib ki, onun administrasiyasının yeni rəhbəri John Kelly olacaq. İndiyəcən ABŞ-ın Daxili Təhlükəsizlik naziri olan Kelly bu vəzifədə Reince Priebus-ı əvəz edəcək.

ABŞ mediası aylardır ki, Trump administrasiyasında çalışanlar arasında ziddiyyətlərdən yazırdı. Trump-ı tənqid edən KİV-lərə bu ziddiyyətlər haqqında iç məlumatları sızırdı.

Ağ evin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anthony Scaramucci bir neçə gün əvvəl Priebus-ı mətbuata məlumat ötürməkdə suçlayıb. Priebus bu ittihamları "gülünüc" adlandırıb.

Trump iyulun 29-da Priebusa "gördüyü işlərə və vətənə xidmətinə görə" təşəkkür edib, general Kelly-nin yeni vəzifədə işinin "fantastik" olacağını deyib.

Buna da bax: ABŞ-ın baş prokuroru vəzifəsindən getməyəcəyini deyir

John Kelly
John Kelly

Günün bütün mövzuları

XS
SM
MD
LG