Keçid linkləri

2026, 11 May, bazar ertəsi, Bakı vaxtı 15:27

Tramp Si ilə İrandan danışacaq

Donald Tramp və Si Cinpin
Donald Tramp və Si Cinpin

ABŞ prezidenti Donald Tramp Pekində Çin lideri Si Cinpinlə İran məsələsini müzakirə edəcək. ABŞ rəsmiləri Vaşinqtonun xüsusilə Çinin Tehranla iqtisadi və texnoloji əlaqələrindən narahat olduğunu bildirirlər.

Tramp mayın 13-ü axşam Pekinə çatacaq. O, mayın 14 və 15-də Si ilə görüşəcək. Bu barədə Ağ evin mətbuat katibinin müavini Anna Kelli məlumat verib.

Gəlirlər və sanksiyalar

Administrasiyanın yüksəkvəzifəli nümayəndəsi brifinqdə bildirib ki, Tramp və Si daha əvvəl də İran məsələsini dəfələrlə müzakirə ediblər və bu mövzu qarşıdakı görüşlərdə yenə əsas yer tutacaq.

Rəsmin sözlərinə görə, Vaşinqton Tehranın Çin vasitəsilə əldə etdiyi gəlirlərdən, o cümlədən ikili təyinatlı malların, sənaye komponentlərinin və silahla bağlı ixrac imkanlarının İrana ötürülməsindən narahatdır. O əlavə edib ki, ABŞ-nin İranla bağlı fəaliyyətlərə görə tətbiq etdiyi son sanksiyalar da Pekindəki müzakirələrin bir hissəsi olacaq.

Nüvə danışıqlarının nəticəsiz qaldığı bir vaxtda Tramp Pekindən Tehrana əlavə təzyiq göstərməsini istəyəcəkmi? Digər yüksəkvəzifəli rəsmi bu suala cavabında deyib ki, prezident sözügedən məsələni əvvəllər də qaldırıb və sammit zamanı yenidən gündəmə gətirəcəyi gözlənilir: "Prezidentin təzyiq göstərəcəyini gözləyirəm".

"Niyə getməsin?"

AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğlu yazır ki, Ağ ev İran ətrafındakı gərginlik fonunda Trampın Çin səfərini təxirə salmasının vacibliyi barədə fikirləri rədd edib.

"Məncə, onun həftələrlə yalnız bir məsələyə fokuslanmaq kimi bir imtiyazı yoxdur", – yüksəkvəzifəli rəsmilərdən biri bildirib.

Ağ ev təmsilçisi qeyd edib ki, regional gərginliyin pik həddə olduğu altı həftə əvvəl səfər təxirə salınsa da, hazırda şərait tamamilə dəyişib. "Məncə, sual belə qoyulmalıdır: Hazırkı mərhələdə o, niyə bu səfərə getməsin?", – o vurğulayıb.

XS
SM
MD
LG