Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:55

Tofiq Zülfüqarov: 'Danışıqların formatı dəyişdirilməlidir'


Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

«ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin birgə bəyanatında yeni bir fikir yoxdur və danışıqlarda irəliləyişə hansısa əsaslar mövcud deyil».

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Minsk qrupunun həmsədr ölkələrinin dünən dekabrın 7-də verdikləri bəyanatı şərh edərkən belə deyib. Onun fikrincə, nizamlanmada köhnə strategiya, danışıqların imitasiyası davam edir, danışıqlar real deyil. Keçmiş nazir deyir ki, verilən bəyanata ictimaiyyətin diqqəti belə yoxdur.

***Buna da bax-Elmar Məmmədyarov: 'Növbəti aylar Ermənistanın...'

«Bu onu göstərir ki, Azərbaycan ictimaiyyətinin böyük bir hissəsi danışıqlardan ciddi heç nə gözləmir. Sosial şəbəkələrdə isə bunların bəyanatlarına ya zarafatla yanaşırlar, ya da pisləyirlər...», - T.Zülfüqarov bildirib.

O, həmsədr ölkələrin danışıqlarda irəliləyişə nail olunmasının məsuliyyətini iki ölkə liderinin üzərinə qoymasını «gülməli tezis» kimi xarakterizə edib.

«BMT qətnaməsində (1993-cü ildə 4 qətnamə qəbul edilib) göstərilib ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib», - deyən keçmiş nazir sual edir ki, belə olan durumda Azərbaycan ictimaiyyətindən və liderindən nə gözləyirlər?

«Təzyiqlər olmasa…»

T.Zülfüqarov deyir ki, siyasi həll Ermənistanın işğalçı siyasətindən əl çəkməsindən ötrü təzyiqlərin göstərilməsi ilə mümkün ola bilər:

«Ermənistan təzyiqlər nəticəsində konstruktiv danışıqlarla torpaqları azad edə bilər. Əgər bu təzyiqlər olmasa, Ermənistanın özü və siyasi elitası heç bir konstruktiv addım atmayacaq...».

***Buna da bax-Tofiq Zülfüqarov nazir Məmmədyarovu tənqid edir - Lavrova görə

Mümkün kompromislərə toxunan keçmiş nazir vurğulayır ki, ilk növbədə Ermənistan beynəlxalq təşkilatların, BMT-nin qətnamələrini yerinə yetirməlidir. Onun fikrincə, Azərbaycan bütün işğal olunmuş torpaqları azad edildikdən sonra Dağlıq Qarabağın statusunun müzakirəsi zamanı kompromis addımlar ata bilər. Keçmiş nazirin gəldiyi nəticəyə görə, indiki mərhələdə Azərbaycanın hər hansı kompromisə əsası yoxdur.

T.Zülfüqarov hesab edir ki, siyasi yolla münaqişənin həllinə nail olmaqdan ötrü danışıqların formatı dəyişdirilməlidir.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin bu günlərdə Vyanada keçirilən 24-cü Nazirlər Şurasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri bəyanatla çıxış ediblər. Sənəddə bildirilir ki, həmsədr ölkələr Helsinki Yekun Aktını, güc tətbiqi ilə təhdid etməmə, ərazi bütövlüyü, bərabər hüquq və xalqların öz müqəddəratını təyinetmə prinsiplərini əsas götürürlər. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən ötrü vasitəçilik missiyasında birgə mövqedən çıxış etdiklərini bir daha təsdiq edirlər.

***Buna da bax-Tofiq Zülfüqarov: 'Əliyevlə Putinin son görüşü qeyri-adi idi'

Bəyanatda o da vurğulanır ki, münaqişənin tənzimlənməsində əsas məsuliyyət Ermənistan və Azərbaycan liderlərinin üzərinə düşür.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlərin əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif etdikləri bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG