Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Ermənistan XİN: Erdogan Pashinyana zəng etməyib


Tigran Balayan
Tigran Balayan

“Ermənistanın xarici işlər nazirliyi Türkiyə prezidenti Racep Tayyip Erdoganın Ermənistanın baş naziri Nikol Pashinyana zəng eləməsi barədə xəbəri təkzib edib.

AzadlıqRadiosu erməni xidmətinin sentyabrın 16-da yaydığı məlumata görə xəbəri Türkiyənin “Hürriyət” qəzeti yayıb.

Məlumata əsasən, Erdogan Pashinyana zəng edərək Türkiyə-Ermənistan sərhədini keçmiş türkiyəli gəncin qaytarılmasını istəyib.

Amma nazirliyin sözçüsü Tigran Balayan AzadlıqRadiosuna belə bir söhbət olmadığını deyib.

16 yaşlı Ümit Ali Ozmenin təxminən iki ay bundan əvvəl Türkiyə-Ermənistan sərhədini keçməsi və Ermənistan sərhədçiləri tərəfindən tutulması Türkiyə mətbuatının əsas mövzularından birinə çevirilib.

Arxiv fotosu
Arxiv fotosu

”Hürriyət” in yazdığına görə, “Ümit Alini buraxın” sərlövhəli yazısından sonra Erdogan məsələ ilə bağlı Pashinyana zəng edib və Guya Pashinyan onun azad edilməsinə razılıq verib. Qəzetin yazdığına görə, artıq Ümit Ali bazar ertəsi və ya çərşənbə axşamı evinə dönməlidir.

Başqa bir məlumata görə isə, Ermənistan tərəfi Ümit Alini Türkiyənin Gürcüstandakı səfirliyinə verib.

Mənbənin yazdığına görə bunu da “Hürriyət”ə gəncin atası deyib.

“Hürriyət”in yazdığına görə Ümit Ali artıq 45 gündür ki, Ermənistanda həbsdə saxlanır.

Qəzet yazır ki, o sərhədi, iyulun 24-də ov edərkən keçib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG