5 ildir davam edən müharibə Suriyaya bunu verir...
Suriyada vətəndaş müharibəsinin başlanmasından 5 il keçir. Bu müharibənin ən böyük itkisi təbii ki, sayı artıq 270 000 nəfəri keçən insan itkisidir. Amma dağıntıların miqyası da heyrətamizdir. BMT-nin təqdim etdiyi bu peyk fotolarına görə Suriya faktiki olaraq dağıntılrdan ibarətdir.
Before

After

Hələbin qədim hissəsi
2010-2014
Suriyanın ən böyük şəhərlərindən olan Hələbin qədim hissələri, o cümlədən Böyük Umayyad Məscidi dağıdılıb. (Şəkildə aşağı-sağ küncdə)
Before

After

Almuallq körpüsü,
2013-2014
Fərat çayının üzərindəki bu körpü 1920-ci illərdə tikilmişdi. Artıq yox sayıla bilər....
Before

After

Ərbəin, Hama
2010-2012
Hama şəhəri uzun müddət hökumət qüvvələri ilə silahlı müxalifət arasında döyüş meydanına çevrilib. Hamanın Ərbəin qəsəbəsi tam dağılıb.
Before

After

Uvais əl-Qarni məscidi, Raqqa
2011-2014
Bu məscidi İslam Dövləti yaraqlıları 2014-cü ildə dağıdıblar.