5 ildir davam edən müharibə Suriyaya bunu verir...
Suriyada vətəndaş müharibəsinin başlanmasından 5 il keçir. Bu müharibənin ən böyük itkisi təbii ki, sayı artıq 270 000 nəfəri keçən insan itkisidir. Amma dağıntıların miqyası da heyrətamizdir. BMT-nin təqdim etdiyi bu peyk fotolarına görə Suriya faktiki olaraq dağıntılrdan ibarətdir.
Before
After
Bazar, Kobani
2014-2015
Suriyanın şimalında Kobani şəhərinin bazarı. Türkiyə sərhədinin 400 metrliyində yerləşən bu şəhər kürd qüvvələrlə islamçı yaraqlılar arasında döyüşlərdə demək olar tam dağılıb.
Before
After
Əl-Həmidiyyə, Homs
2010-2014
Xalid ibn Əl-Valid məscidinin (şəkildə yuxarı-solda) yerləşdiyi bu ərazi dəfələrlə qarşı duran tərəflərin döyüş meydanına çevrilib.
Before
After
Zaatari qaçqın düşərgəsi, İordaniya
2012-2013
2011-ci ilin martında münaqişə başlayandan bəri ən aşağı ehtimallara görə Suriyada 270 000 nəfər həlak olub, milyonlarla insan qaçqın düşüb. Qaçqınların bir hissəsi də İordaniyanın şimalındakı Zaatari düşərgəsinə yerləşib. İndi 80 000 nəfərin məskunlaşdığı bu düşərgə dünyada insan sayına görə 2-ci ən böyük düşərgədir.